Çempionlar Liqasının digər qarşılaşmasında isə “Liverpul” və “Benfika” komandaları üz-üzə gəlib.

İlk dəqiqələrdən hücuma atılan “mersisaydlılar” 21-ci dəqiqədə istəyinə nail olub. Müdafiəçi İbrahima Konate hesabı açıb. Lakin çox keçmədən təşəbbüsü ələ alan qonaqlar tarazlığı bərpa ediblər. Qonsalu Ramuşun zərbəsi dəqiq alınıb. Fasilədən sonra irəli atılan Yurgen Klopun kollektivi yenidən önə keçib. 55-ci dəqiqədə Roberto Firmino yerli azarkeşləri sevindirib. Braziliyalı futbolçu 10 dəqiqə sonra dubl müəllifi olaraq fərqi iki topa çatdırıb. Ruhdan düşməyən Lissabon təmsilçisi yenə də hesabı bərabərləşdirməyə nail olub. 73-cü dəqiqədə Roman Yaremçuk fərqi minimuma endirib. Az sonra isə Darvin Nunyes mübarizəyə nöqtə qoyub -“Liverpul” – “Benfika” 3:3.

Beləliklə iki oyunun nəticəsinə əsasən “Liverpul” 9:4 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. “Mersisaydlılar” finala gedən yolda “Vilyarreal” ilə görüşəcək.